Tehran iddialara cavab verdi – Müctəba Xameneinin vəziyyəti necədir?

Tehran iddialara cavab verdi – Müctəba Xameneinin vəziyyəti necədir? Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi Ali Rəhbər Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, bu barədə o, “MS Now” kanalına müsahibəsində danışıb.

O bildirib ki, Xameneinin səhhəti ilə bağlı hər hansı bir problem yoxdur, onun vəziyyəti ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

Xatırladaq ki, daha əvvəl ABŞ Pentaqon rəhbəri Pit Heqset İranın Ali Rəhbərinin yaralandığını və yarasının ciddi olduğunu deyib.