Tehran və Vaşinqton yenidən görüşür

Tehran və Vaşinqton yenidən görüşür Dünya

ABŞ və İran növbəti danışıqlar raundunu müzakirə edir.

News24.az xəbər verir ki, Tehran və Vaşinqton yaxın vaxtlarda uzunmüddətli atəşkəsə nail olmaq üçün yeni görüş təşkil edə bilər.

Bu, İslamabad şəhərində ABŞ-nin vitse-spikeri Cey Di Vens ilə keçirilən, lakin razılaşma olmadan başa çatan danışıqlardan sonra gündəmə gəlib.

Rəsmi şəxslər hazırkı iki həftəlik atəşkəsin müddəti bitməzdən əvvəl yeni görüşün baş tutacağına ümid edirlər.

Görüşün yenidən İslamabadda və ya başqa bir yerdə keçirilməsi mümkündür. /Bloomberg/