Tehranda partlayış səsləri eşidildi

Tehranda partlayış səsləri eşidildi Dünya

Bu gün səhər saatlarında Tehranın şərq və qərb hissələrində çoxsaylı partlayış səsləri eşidilib.

News24.az xəbər verir ki, sakinlər bu səslərin hava hücumundan müdafiə sistemlərinin işə düşməsinə bənzədiyini bildiriblər.

Partlayış səsləri ilk dəfə saat 02:50 radələrində Tehranın şərqində yerləşən Pardis bölgəsində qeydə alınıb.

Eyni zamanda, şəhərin qərb hissəsindən də ardıcıl partlayış səslərinin gəldiyi bildirilib.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. /Azad İran/