Tehrandan şok qərar: Hörmüz boğazından 20 gəminin keçməsinə icazə verdi
Dünya
Pakistanın xarici işlər naziri Məhəmməd İşaq Dar İranın Hörmüz boğazından daha 20 Pakistan bayrağı altında üzən gəminin keçməsinə icazə verdiyini açıqlayıb.
News24.az xarici KİV-lərə istinadla xəbər verir ki, nazir sosial media hesabında paylaşım edərək, bu addımı alqışladığını və İranın bunu “konstruktiv jest” kimi qiymətləndirdiyini vurğulayıb:
“Bu, sülhün müjdəsidir və regionda sabitliyin təmin edilməsinə kömək edəcək".
O əlavə edib ki, dialoq, diplomatiya və bu kimi etimad qurucu tədbirlər irəliyə doğru atılan addımlardır.
Nilufər