Tehranın raket radiusu açıqlandı: xəritədə kimlər var?
Dünya
İranın arsenalında olan bəzi ballistik raketlər nəzəri olaraq 2000-3000 km məsafədəki hədəfləri vurmaq gücünə malikdir.
News24.az xəbər verir ki, söhbət “Khorramshahr”, “Sejjil”, “Ghadr” və “Emad” kimi raketlərdən gedir. Həmçinin İran oxşar mənzilə malik qanadlı raketlərə də sahibdir.
Bundan əlavə, “Shahed” tipli zərbə PUA-ları və onların modifikasiyaları 1000 kilometrdən artıq məsafə qət edə bilir, bəzi versiyalarda isə bu göstərici yük və modeldən asılı olaraq 2000 kilometr və daha çox ola bilər.
Nəşrin hesablamalarına görə, maksimal uçuş məsafəsi nəzərə alındıqda potensial zərbə zonasına Cənub-Şərqi Avropa ölkələri – Rumıniya, Bolqarıstan və Yunanıstan, eləcə də Ukrayna daxil ola bilər. Daha uzaqmənzilli sistemlərdən istifadə ediləcəyi təqdirdə isə radius Avropanın digər bölgələrini də əhatə edə bilər.
Ekspertlər vurğulayırlar ki, açıqlanan texniki xüsusiyyətlər hər zaman real döyüş imkanları ilə tam üst-üstə düşmür, lakin belə sistemlərin mövcudluğu Avropa ölkələri üçün risklərin qiymətləndirilməsini və raketdən müdafiə imkanlarının gücləndirilməsini zəruri edir. (“Defence Express”)