Təl-Əviv və Afina gizli plan qurdu: Türkiyəyə qarşı “üçbucaq” formalaşır

Təl-Əviv və Afina gizli plan qurdu: Türkiyəyə qarşı “üçbucaq” formalaşır Dünya

Türkiyənin müdafiə sənayesində son illərdə əldə etdiyi uğurlar həm Yunanıstan, həm də İsraildə ciddi narahatlıq yaradıb.

News24.az xəbər verir ki, son həftələrdə iki ölkə arasında baş tutan intensiv görüşlər bu narahatlığın konkret addımlara çevrildiyini göstərir.

Yunan və İsrail mediası yazır ki, Afina hökuməti İsraildən yeni nəsil hava hücumundan müdafiə sistemlərinin alınması üçün danışıqlara yenidən başlayıb. Bu əməkdaşlığın məqsədi bölgədə Türkiyənin hərbi və texnoloji üstünlüyünə qarşı balans yaratmaq kimi qiymətləndirilir.

İsrailin “Maariv” qəzeti qeyd edir ki, Yunanıstan köhnə, Rusiya və ABŞ istehsalı olan sistemləri tədricən istismardan çıxararaq İsrail texnologiyası ilə əvəzləməyə hazırlaşır.

Məqalədə bildirilir ki, Afina Türkiyənin son illərdə müdafiə sənayesində çatdığı səviyyədən ciddi şəkildə narahatdır. Bu səbəbdən İsraillə əməkdaşlığı strateji prioritet kimi görür.