Avropa bankları İsraillə əlaqəli şirkətlərə 2,1 trilyon dollar ayırdı

Avropa bankları İsraillə əlaqəli şirkətlərə 2,1 trilyon dollar ayırdı Dünya

Avropanın 1096 maliyyə qurumunun İsrailin Fələstin ərazilərini işğalı ilə əlaqəli 91 şirkətlə maliyyə əlaqələri olduğu müəyyən edilib.

News24.az xəbər verir ki, bu barədə 30 qeyri-hökumət təşkilatının hazırladığı hesabatda bildirilib.

Məlumata görə, həmin şirkətlərə 2,1 trilyon dollar kredit, zəmanət və investisiya ayrılıb. Bunun 361 milyard dolları son iki ildə verilən kredit və zəmanətlərin, 1,745 trilyon dolları isə səhm və istiqraz investisiyalarının payına düşür.

Ən çox maliyyə ayıran qurumlar arasında “Deutsche Bank”, “HSBC” və “BNP Paribas” yer alıb. Hesabatda “Amazon”, “Google”un ana şirkəti “Alphabet”, “Microsoft” və silah istehsalçılarının da adı çəkilib.

Koalisiya beynəlxalq hüquq pozuntuları ilə əlaqəli şirkətlərlə maliyyə əlaqələrinin kəsilməsinə çağırıb.