Telefonundan bu proqramı silənlər "qara siyahı"ya düşəcəklər

Telefonundan bu proqramı silənlər "qara siyahı"ya düşəcəklər Dünya

Hindistan hökuməti bütün yeni və istifadədə olan smartfonlara dövlət tərəfindən dəstəklənən təhlükəsizlik tətbiqi "Sanchar Saathi"nin məcburi quraşdırılmasını tələb edib.

News24.az xəbər verir ki, proqram köhnə cihazlara yeniləmələr vasitəsilə avtomatik quraşdırılacaq və istifadəçilər tərəfindən silinə bilməyəcək. Telefonundan proqramı silənlər isə qara siyahıya salına bilər.

"Sanchar Saathi" oğurlanmış və ya itirilmiş telefonların uzaqdan bloklanması, saxta IMEI nömrələrinin aşkarlanması və saxta əlaqə cəhdlərinin qarşısının alınması kimi funksiyaları təmin edir. Hökumət tələbin əsas səbəbi kimi ölkədə telefon oğurluğu və mobil fırıldaqçılığın artmasını göstərir.

Qərar texnologiya nəhəngləri, xüsusilə "Apple" tərəfindən tənqid olunur. "Apple" bildirib ki, iOS sistemində üçüncü tərəf və ya dövlət proqramlarının istifadəçinin razılığı olmadan quraşdırılması mümkün deyil və bu, ciddi məxfilik və təhlükəsizlik riskləri yaradır.