“Telegram”dan Aİ-yə sərt ittiham: Senzurasız şirkətlər cəzalanır
Dünya
“Telegram”ın təsisçisi Pavel Durov Avropa İttifaqını söz azadlığını qoruyan platformalara qarşı qeyri-mümkün tələblər irəli sürməkdə ittiham edib.
News24.az xəbər verir ki, Durov Aİ-nin əsasən müxtəlif və ya “əlverişsiz” fikirlərə yer verən platformaları hədəf aldığını bildirib. Onun sözlərinə görə, Fransada “Telegram”la bağlı aparılan əsassız istintaq, eləcə də Rumıniya və Moldovada təklif olunan senzura təşəbbüsləri bu siyasətin açıq nümunəsidir.
O əlavə edib ki, alqoritmlər vasitəsilə istifadəçiləri susduran platformalar isə ciddi qanun pozuntularına baxmayaraq, toxunulmaz olaraq qalır.