Təlim təyyarəsi qəzaya düşdü, həlak olanlar var - Bu ölkədə

Təlim təyyarəsi qəzaya düşdü, həlak olanlar var - Bu ölkədə Dünya

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində “Diamond” tipli təlim təyyarəsi qəzaya uğrayıb.

News24.az xəbər verir ki, hava gəmisinin göyərtəsində kursantlar olub.

Məlumata əsasən, təyyarə Moskva vaxtı ilə təxminən 10:40-da radarlardan itib. Daha sonra Novikov adına Leninqrad Akademiyasına məxsus iki yerlik təyyarənin qalıqları Orsk şəhər dairəsinə daxil olan Canatalap qəsəbəsində aşkarlanıb.

Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.

İlkin ehtimala əsasən, təyyarə qəzası nəticəsində üç nəfər həlak olub.

Qəzanın səbəbləri araşdırılır.