Terrorçuların qohumları ABŞ-yə buraxılmayacaq - Yeni qanun

Terrorçuların qohumları ABŞ-yə buraxılmayacaq - Yeni qanun Dünya

İranla artan gərginlik fonunda ABŞ-də Respublikaçı senator Tom Kotton Konqresə yeni qanun layihəsi təqdim etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, layihə qəbul ediləcəyi təqdirdə, “terrorçu ailələr” adlandırılan şəxslərin ABŞ-yə səfər etməsi və ölkədə yaşaması ciddi şəkildə məhdudlaşdırılacaq.

Senator Kottonun təşəbbüsü “Terrorçu ailələr üçün təhlükəsiz sığınacaq yoxdur” adlı qanun layihəsi kimi təqdim edib.

Layihəyə əsasən, ABŞ “təhlükəli xarici düşmənlər” və terrorçularla əlaqəli hesab olunan şəxslərin yaxın qohumlarına verilmiş vizaları ləğv edəcək və gələcəkdə həmin şəxslərə yeni viza verilməsini qadağan edəcək.

Qanun layihəsi təsdiqlənib qüvvəyə minərsə, ABŞ Dövlət Katibi 30 gün ərzində bu kateqoriyaya daxil olan şəxslərə verilmiş bütün vizaları ləğv etməlidir. /Amerikanın səsi/