Tesla avtomobillərini ard-arda yararsız hala saldılar

Tesla avtomobillərini ard-arda yararsız hala saldılar Dünya

Almaniyanın Drezden şəhərində naməlum şəxslər iki gecədir ki, Tesla avtomobillərini alışdırır.

News24.az xəbər verir ki, bu barədə MDR radiosu məlumat yayıb.

Yanğınsöndürmə idarəsinin məlumatına görə, axşam saatlarında avtomobillərdən birinin ön hissəsi tamamilə yararsız vəziyyətə düşüb.

Yanğınsöndürənlərin sürətli hərəkəti sayəsində alovun digər avtomobillərə keçməsinin qarşısını almaq mümkün olub.

Hazırda polis bu işlə bağlı araşdırma aparır.

Ağa Dadaşzadə