Təyyarə evə çırpıldı - Ölənlər var

Təyyarə evə çırpıldı - Ölənlər var Dünya

ABŞ-nin Ohayo ştatının Akron şəhərində yüngülmühərrikli təyyarə yaşayış evinə çırpılaraq qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə “ABC News” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qəzadan sonra yanğın başlayıb. Hadisə nəticəsində təyyarədə olan iki sərnişin həlak olub.

Qəzanın səbəblərinin araşdırılması ilə Federal Mülki Aviasiya İdarəsi və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura məşğul olacaq.