Təyyarə qəzasında ölənlərin sayı artdı

Təyyarə qəzasında ölənlərin sayı artdı Dünya

ABŞ-nin Kentukki ştatının Luisvill şəhərində UPS loqistika şirkətinə məxsus MD-11 yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

News24.az xəbər verir ki, bu barədə şəhər meri Kreyg Qrinberq sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, qəzada ölənlərin sayı 13 nəfərə çatıb.

Qeyd edək ki, təyyarə noyabrın 5-də Luisvill hava limanından havaya qalxdıqdan dərhal sonra partlayıb. Hadisə uçuş-enmə zolağının yaxınlığında baş verib və nəticədə hava limanı ərazisində qalın qara tüstü müşahidə olunub.

Əvvəlcə ölənlərin sayının 11 nəfər olduğu bildirilimişdi.