Təyyarə qəzaya uğradı: 12 nəfər... - Bu ölkədə
Dünya
Keniyada göyərtəsində 12 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Hadisə ölkənin şərqində, Kvale şəhəri yaxınlığında baş verib.
Qəzanın baş verdiyi ərazidə xilasetmə işləri aparılır.
Təyyarədə olan şəxslərin milliyyəti hələ açıqlanmayıb.