Təyyarədə sərnişinin telefonu alovlandı

Təyyarədə sərnişinin telefonu alovlandı Dünya

Rusiyanın Surqut şəhərindən Krasnodara uçan “Utair” reysində sərnişinə məxsus mobil telefon alovlanıb.

News24.az xəbər verir ki, “SHOT”-un məlumatına görə, hadisə zamanı Çin istehsalı olan smartfon yanıb.

Telefonu əlindən yerə atan sərnişin onun üzərinə su töküb. Bu isə salonda qısa müddətli panikaya səbəb olub.

Stüardessa yanğınsöndürənlə hadisə yerinə yaxınlaşıb və yanğın söndürülüb. Daha sonra cihaz qaba qoyularaq su ilə doldurulub.

Hadisə ilə bağlı kapitana məlumat verilib və verilən təhlükə siqnalı daha sonra ləğv edilib.

Yanğın nəticəsində təyyarənin döşəməsinə yüngül ziyan dəyib. Sərnişinlər arasında xəsarət alan olmayıb.