Təyyarədə uşaq dünyaya gətirdi

Təyyarədə uşaq dünyaya gətirdi Dünya

Yamaykadan Nyu-Yorka uçan qadın təyyarədə uşaq dünyaya gətirib.

News24.az xəbər verir ki, hadisə “Caribbean Airlines” aviaşirkətinin Kingston–Nyu-York reysi zamanı baş verib.

Pilotlar dispetçerlərlə əlaqə saxlayaraq vəziyyət barədə məlumat veriblər. Bundan sonra hava limanında təcili tibbi briqada hazırlanıb.

Dispetçer ekipajdan uşağın artıq doğulub-doğulmadığını soruşduqda, pilotlar qadının təyyarənin göyərtəsində doğum etdiyini təsdiqləyiblər.

Vəziyyətə baxmayaraq, ekipaj fövqəladə vəziyyət elan etməyib.

“Caribbean Airlines”dən bildirilib ki, heyət protokola uyğun hərəkət edib və bütün sərnişinlərin təhlükəsizliyi və rahatlığı təmin edilib.

Enişdən sonra ana və yeni doğulmuş körpə həkimlərə təhvil verilib, onlara lazımi tibbi yardım göstərilib. /Fox News