Təyyarəni tüstü bürüdü - 94 SƏRNİŞİN...
Dünya
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada, Delta Hava Yollarına aid Boeing 717 tipli sərnişin təyyarəsinin Atlanta Hartsfield-Jackson Beynəlxalq Hava Limanından qalxdıqdan sonra salonda görünən "duman və ya tüstü" səbəbiylə hava limanına geri döndüyü bildirilib.
News24.az xəbər verir ki, Delta Hava Yolları və FAA açıqlamalarında 94 sərnişin, 2 pilot və 3 stüardessa olan təyyarənin Cənubi Karolinaya səfər edərkən yaranan problem səbəbiylə Atlantaya dönərək təhlükəsiz eniş etdiyini bildirib.
Bəzi sərnişinlərin sosial şəbəkədə paylaşdıqları video qeydlərdə təyyarədəki sərnişinlərin kabinədəki tüstüdən təsirlənməmək üçün paltarları ilə başlarını və üzlərini örtdükləri, yerə endikdən sonra sürüşkən vasitəsilə təyyarəni tərk etdikləri görülüb.
Delta rəsmiləri problemə görə sərnişinlərdən üzr istəyərkən, FAA rəsmiləri problemin mənbəyi ilə bağlı araşdırma başlandığını bildirib.
Onu da xatırladaq ki, yanvarın 29-da Ronald Reyqan hava limanı yaxınlığında American Airlines şirkətinə məxsus sərnişin təyyarəsi ilə "Black Hawk" tipli hərbi helikopterin toqquşduğu qəzada 67 nəfər ölmüşdü.
Eyni zamanda, fevralın 17-də Kanadanın Ontario şəhərində hava limanına eniş edərkən Delta Hava Yollarına məxsus sərnişin təyyarəsi tərs çevrilmiş və 80 nəfəri daşıyan təyyarədəki sərnişinlərdən 18-i yaralanmışdı.
Günel Məlikzadə