Türkiyədə 100-dən çox uçuş ləğv edildi – Yeniləndi

Türkiyədə 100-dən çox uçuş ləğv edildi – Yeniləndi Dünya

Türkiyənin "AJet" hava yolları da 31 dekabra planlaşdırılan 42 aviareysi ləğv edib.

News24.az xəbər verir ki, bu barədə hava yolları şirkətinin mətbuat katibi Mehmet Yeşilkaya "X" hesabında paylaşım edib.

"Ölkəmizin şərq və mərkəzi hissələrində gözlənilən əlverişsiz hava şəraiti səbəbilə 31 dekabra planlaşdırılan 42 uçuş ləğv edilib", – məlumatda bildirilir.

**

Türk Hava Yolları 31 dekabr tarixinə planlaşdırılan 61 reysi ləğv edib. Buna səbəb bölgədə proqnozlaşdırılan əlverişsiz hava şəraiti olub.

News24.az xəbər verir ki, bu barədə THY-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Yahya Üstün “X” hesabındakı paylaşımında bildirib.

O bildirib ki, ölkənin şərq və daxili bölgələrində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən bəzi uçuşların icrası mümkün olmayıb.