Tibb tarixində unikal əməliyyat: İspaniyada ilkə imza atıldı
Dünya
İspaniyada həkimlər misli görünməmiş əməliyyat həyata keçiriblər. Belə ki, Barselonadakı Val d’Ebron xəstəxanasında bir qadına başqa bir qadının üzü köçürülüb. Bu hadisə dünya tibb tarixində ilk dəfə baş verib.
News24.az xəbər verir ki, donor olan qadın həyatına tibbi yardım vasitəsilə son qoymadan əvvəl üzünü könüllü şəkildə bağışlamağa razılıq verib. Məhz bu razılıq əməliyyatı unikal edən əsas məqamlardan biri olub.
Üz transplantasiyası zamanı dəri, əzələlər, qan damarları və sinirlər köçürülüb. Əməliyyatda təxminən 100 mütəxəssis, o cümlədən psixiatrlar və immunoloqlar iştirak edib.
Üz köçürülən pasiyent Karme adlı qadın olub. O, Kanar adalarında olarkən həşərat dişləməsindən sonra yaranan bakterial infeksiya səbəbindən üz toxumalarının nekrozu ilə üzləşib. Xəstəlik nəticəsində Karme danışmaq, yemək və görmək qabiliyyətini qismən itirmişdi.