"Togg"un sifarişinə başlanıldı

"Togg"un sifarişinə başlanıldı Dünya
Türkiyə istehsalı olan "Togg"un T10X modeli üçün ilkin sifariş bu gündən başlayıb.

News24.az xəbər verir ki, məlumat "Togg"un rəsmi Twitter hesabından yayılıb.

Bildirilib ki, martın 27-dək http://togg.com.tr saytına daxil olaraq və ya "Trumore"u endirməklə hər kəs avtomobili sifariş verə bilər.

Avtomobilin standart diapazon modeli 953 min, uzun mənzilli modelin qiyməti isə 1 milyon 215 min lirə müəyyən edilib.