Traktor dərəyə aşdı: Sürücü öldü, həyat yoldaşı yaralandı

Traktor dərəyə aşdı: Sürücü öldü, həyat yoldaşı yaralandı Dünya

Amasiyanın Taşova rayonunda baş vermiş ağır yol qəzasında bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

News24.az xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrində Taşova rayonunun Yeşiltepe kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, 65 yaşlı Mehmet Çakırın idarə etdiyi traktor naməlum səbəbdən yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü Mehmet Çakır hadisə yerində həyatını itirib, həyat yoldaşı Samiye Çakır isə müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal təcili tibbi briqadalar cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Taşova Dövlət Xəstəxanasına çatdırılıb.

Traktor dərəyə aşdı: Sürücü öldü, həyat yoldaşı yaralandı