“Traktor” futbol klubunun futbolçusu və xanımı öldürüldü - Foto
Dünya
İranda davam edən etiraz aksiyaları zamanı daha bir faciəvi hadisə baş verib.
News24.az xəbər verir ki, Təbrizin “Traktor” futbol klubunun keçmiş oyunçusu Müctəba Tərşiz və onun həyat yoldaşı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.
Məlumata görə, Mazandaran əyalətinin Qaemşəhr şəhərindən olan keçmiş futbolçu yanvarın 8-də şəhərdə keçirilən nümayişlər zamanı silahlı qüvvələr tərəfindən xanımı ilə birlikdə güllələnib.
Müctəba Tərşiz “Nəssaci Mazandaran”, “Traktor”, “Fəcr Sepasi” və “Mis Kerman” komandalarının üzvü olub.
Bildirilib ki, öldürülən cütlüyün iki övladı var. Hadisə İran ictimaiyyətində və idman dünyasında ciddi rezonans doğurub. (Independent Persian)