Tramp ABŞ-nin İran üzərində qələbə qazandığını elan etdi
Dünya
“İranla əldə olunan atəşkəs razılaşması Vaşinqton üçün tam və hərtərəfli qələbədir.
News24.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp, AFP agentliyinə açıqlamasında deyib.
Söhbət İran ilə Hörmüz boğazı ətrafında gərginliyin artması fonunda əldə olunan iki həftəlik atəşkəsdən gedir.
Trampın sözlərinə görə, ABŞ gərginliyin azaldılması və münaqişənin tənzimlənməsi istiqamətində irəliləyiş kimi əsas məqsədlərinə nail olub. O, həmçinin İranın nüvə proqramı ilə bağlı vəziyyətin “tam həll olunacağını” qeyd edib.
Qərb KİV-lərinin məlumatına görə, razılaşma hərbi əməliyyatların müvəqqəti dayandırılmasını və bölgədə gəmiçiliyin qismən sabitləşməsini nəzərdə tutur. Bununla belə, razılaşmanın konkret şərtləri və onun icrasına nəzarət mexanizmləri açıqlanmır.
Hazırda tərəflərin atəşkəsin şərtlərinə necə əməl edəcəyi dəqiq deyil. Həmçinin İran və ABŞ-nin bu razılaşmanı uzunmüddətli sazişin əsası kimi qəbul edib-etmədiyi də bəlli deyil.