Tramp administrasiyası 317 min federal işçini ixtisar edəcək

Tramp administrasiyası 317 min federal işçini ixtisar edəcək Dünya

ABŞ hökuməti bu il 317 min işçini ixtisar edəcək.

News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Trampın kadrlar üzrə rəhbəri bildirib.

Bu rəqəm bu il üçün daha əvvəl 300 min nəfər kimi göstərilən proqnozdan yüksəkdir.

İşçilərin ixtisarı Prezident Donald Trampın federal vətəndaş işçi qüvvəsini azaltmaq kampaniyasının bir hissəsidir. Tramp bu qüvvəni “səmərəsiz” adlandırır.

Qeyd edək ki, Trampın ikinci dönəmi başlamazdan əvvəl ABŞ hökumətində 2,4 milyon əməkdaş çalışıb.