Tramp Çinə gedir: İşgüzar heyətdə kimlər var?
Dünya
ABŞ Prezidenti Donald Trampın 13–15 may tarixlərində Çinə səfəri zamanı onu İlon Mask və Tim Kuk da daxil olmaqla iri ABŞ şirkətlərinin rəhbərlərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edəcək.
News24.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, heyətdə maliyyə, texnologiya, aviasiya və ticarət sahələrində fəaliyyət göstərən 16 şirkətin rəhbərləri də yer alır.
Nümayəndə heyətinə “BlackRock”, “Blackstone”, “Goldman Sachs”, “Citigroup”, “Mastercard” və “Visa” kimi maliyyə nəhənglərinin rəhbərləri, eləcə də “Boeing”, “GE Aerospace”, “Micron”, “Qualcomm”, “Meta” və digər iri texnologiya və sənaye şirkətlərinin təmsilçiləri daxildir.
“Cisco” rəhbəri Çak Robbins isə şirkətin maliyyə hesabatı səbəbindən səfərdə iştirak etməyəcək.
Qeyd edilib ki, siyahıda çip, süni intellekt və informasiya texnologiyaları kimi strateji sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərləri yer alır. Buna baxmayaraq, “Nvidia” rəhbəri Censen Huanqın heyətdə olmaması diqqət çəkib.
Nilufər