Tramp geri addım atır: Ağ Ev rəhbərini nə qorxudur?
Dünya
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın hərbi yolla ələ keçirilməsi ideyasından imtina edib. Buna səbəb mümkün impiçment riski olub.
News24.az “Reuters”ə istinadən xəbər verir ki, həm demokratlar, həm də respublikaçılar Ağ Evə xəbərdarlıq ediblər: Qrenlandiyaya qarşı istənilən hərbi müdaxilə impiçment araşdırmasına səbəb ola bilər.
Məlumata görə, bu həftə Tramp gərginliyi azaltmaq istiqamətində addım ataraq NATO ilə adanın gələcəyi ilə bağlı razılaşma çərçivələrinin formalaşdırıldığını bəyan edib.