Tramp göstəriş verdi: Yadplanetlilərlə bağlı sənədlər yayımlanacaq

Tramp göstəriş verdi: Yadplanetlilərlə bağlı sənədlər yayımlanacaq Dünya

ABŞ prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsetə hökumətin yadplanetlilərlə bağlı sənədlərini açıqlamağı tapşıracaq.

News24.az xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.

“İnkişaf etmiş həyat formaları və yadplanetlilərin mövcudluğu, naməlum hava hadisələri və naməlum uçan obyektlərlə bağlı hökumət sənədlərinin müəyyən edilməsi və açıqlanması prosesinə başlamağı müdafiə nazirinə, həmçinin müvafiq departament və agentliklərə tapşıracağam”, – deyə Trampın paylaşımında bildirilib.

O, həmçinin vurğulayıb ki, son dərəcə mürəkkəb, lakin vacib və maraqlı məsələlərlə bağlı digər məlumatları ehtiva edən sənədlər də açıqlanacaq.

Bundan əvvəl Tramp bildirib ki, ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğundan danışarkən məxfi məlumatı açıqlayıb.