Tramp gülləkeçirməz jiletdən imtina etdi: "Məni kök göstərir"

Tramp gülləkeçirməz jiletdən imtina etdi: "Məni kök göstərir" Dünya

ABŞ prezidenti Donald Tramp bildirib ki, həyatına edilən sui-qəsd cəhdlərinə baxmayaraq, gülləkeçirməz jilet geyinmək istəmir.

News24.az xəbər verir ki, Tramp gülləkeçirməz jiletin onu daha kök göstərdiyini deyib.

“Əgər olduğumfan 20 funt (təxminən 9 kiloqram) kök görünsəm, dözmərəm”, – deyə Tramp jurnalistlərin sualına cavab olaraq deyib.

Qeyd edək ki, aprelin 25-də “Washington Hilton” otelində, Ağ Ev Müxbirləri Assosiasiyasının tədbiri zamanı atışma baş verib. ABŞ prezidenti və tədbirdə olan administrasiya üzvləri təxliyə olunub, hücum edən şəxs isə saxlanılıb. / Fox News/