Tramp İrandan yazılı bəyan gözləyir

Tramp İrandan yazılı bəyan gözləyir Dünya

ABŞ İranın nüvə silahı hazırlamaq niyyətinin olmadığını yazılı şəkildə bəyan etməsini gözləyir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trump bildirib.

“İranın düşündüyü son şey nüvə silahıdır. İndi onlar bunu yazılı formada təsdiqləməlidirlər”, – deyə Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib.

ABŞ lideri bir daha vurğulayıb ki, Vaşinqton İranın hərbi potensialına ciddi zərbə endirib. Onun sözlərinə görə, ölkənin hərbi-dəniz və hava qüvvələri demək olar ki, sıradan çıxarılıb, rəhbərlik isə ciddi şəkildə zəiflədilib.

“Nüvə silahı əldə etməyə çalışan bir ölkəni götürdük və onun ordusunu demək olar ki, məhv etdik. Onların donanması yoxdur, hava qüvvələri yoxdur, hərbi baxımdan demək olar tamamilə sıradan çıxıblar. Bu, çox böyük itkidir. Biz indi də geri çəkilə bilərik. Onların bunu bərpa etməsi 25 il çəkər. Bildiyiniz kimi, onların rəhbərliyini məhv etdik. Birinci səviyyədə liderləri artıq yoxdur, ikinci səviyyədə də yoxdur, indi üçüncü səviyyənin yarısı ilə işləyirik. Məncə, böyük irəliləyiş əldə etmişik və məsələ çox sadədir. Biz bunun davam etməsini istəmirik”, – deyə Tramp qeyd edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ ilə İran arasında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılıq əldə etmək imkanı mövcuddur.

“Onlar hazırda birbaşa bizim nümayəndələrlə və İranla təmasdadırlar”, – deyə Tramp bildirib.

“İstənilən nəticəyə nail olmaq şansı çox yüksək görünür”, – deyə ABŞ prezidenti əlavə edib.

O bildirib ki, söhbət ilk növbədə İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq mümkün razılaşmadan gedir.