Tramp İrandan yeni təklif aldığını açıqladı

Tramp İrandan yeni təklif aldığını açıqladı Dünya

“ABŞ nümayəndə heyətinin səfərinin ləğvindən 10 dəqiqə sonra İran yeni təklif göndərdi”.

News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatından Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İranla danışıqların növbəti mərhələsi üçün ABŞ nümayəndə heyətinin səfəri ləğv edildikdən cəmi 10 dəqiqə sonra Tehran tərəfindən yeni təklif təqdim olunub.

Donald Tramp deyib ki, İranın əvvəlcə təqdim etdiyi sənədin “daha yaxşı ola biləcəyi” düşünülərək rədd edilib, lakin səfərin ləğvindən qısa müddət sonra yeni təklif göndərilib.

“Onlar bizə bir sənəd göndərdilər, amma mən onu ləğv etdikdən 10 dəqiqə sonra daha yaxşı görünən yeni bir sənəd aldıq”, – Tramp əlavə edib.

Prezident yeni təklifin məzmunu barədə ətraflı danışmayıb, lakin ABŞ-ın əsas şərtinin İranın nüvə silahına sahib olmaması olduğunu vurğulayıb.

Tramp söyləyib ki, ABŞ nümayəndə heyətinin, o cümlədən, Stiv Uitkoff və Cared Kuşnerin səfəri “çox uzun səyahət” və İran rəhbərliyi ilə birbaşa görüşlərin olmaması səbəbindən ləğv edilib.

O bildirib ki, ABŞ tərəfi diplomatik təmasları telefon danışıqları vasitəsilə davam etdirməyə hazırdır və İran istənilən vaxt Vaşinqtonla əlaqə saxlaya bilər. (Qafqazinfo)