Tramp İranı təhdid etdi

Tramp İranı təhdid etdi Dünya

ABŞ prezidenti İranı təhdid edib.

News24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabı vasitəsilə İranla bağlı sərt açıqlama verib.

O bildirib ki, hərbi əməliyyatların dayandırılması üçün razılaşmanın əldə edilməsi vacibdir. Tramp qeyd edib ki, İranla “yeni və daha ağlabatan rejim” çərçivəsində ciddi danışıqlar aparılır və müəyyən irəliləyiş əldə olunub.

ABŞ lideri xəbərdarlıq edib ki, yaxın zamanda razılıq əldə olunmasa, Hörmüz boğazı açılmayacağı təqdirdə İranda elektrik stansiyaları, neft quyuları və digər strateji obyektlər hədəfə alına bilər.

O əlavə edib ki, bu addımlar ABŞ əsgərlərinin qisası kimi qiymətləndirilə bilər.