Tramp İranı yalançı adlandırdı: "Çoxdan razılaşdırılıb"

Tramp İranı yalançı adlandırdı: "Çoxdan razılaşdırılıb" Dünya

ABŞ ilə İran nüvə proqramı və Hörmüz boğazının açılması məsələlərini çoxdan razılaşdırıblar.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bütün yalançı ritorikalara baxmayaraq, çoxdan razılaşdırılıb. Nüvə silahı olmayacaq, Hörmüz boğazı isə açıq və təhlükəsiz olacaq", — deyə o qeyd edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, hazırda amerikalı hərbi qulluqçular öz resurslarını bərpa edir və yeni fəthlərin gözləntisi ilə istirahət edirlər.

Bununla belə, siyasətçi qeyd edib ki, əldə olunmuş atəşkəs razılaşmasının müddəalarına əməl olunmayacağı təqdirdə, ABŞ İran ərazisinə zərbələri bərpa endirəcək. Amerika gəmiləri, hava gəmiləri və şəxsi heyəti sazişin bütün şərtlərinə əməl olunana qədər İran sərhədlərində qalacaq.