Tramp İranın bu təklifini qəbul etməyəcək

Tramp İranın bu təklifini qəbul etməyəcək Dünya

ABŞ prezidenti Donald Tramp İranın son təklifini qəbul etməyəcək.

News24.az xəbər verir ki, bu təklifə görə Hörmüz boğazı açılmalı, lakin İranın nüvə proqramı məsələsi sonrakı danışıqlara saxlanılmalıdır.

Məlumata görə, Tramp müşavirlərinə İranın Hörmüz boğazını yenidən açmaq və müharibəni dayandırmaq təklifinin onu qane etmədiyini bildirib.

Bundan əlavə, Ağ Evdə keçirilən iclasda Tehranın danışıqlarda ciddi güzəştlərə getməsi üçün ABŞ-nin hansı əlavə hərbi əməliyyatlara ehtiyac duyacağı da müzakirə olunub. / New York Times/