Tramp İranın tələblərini buna görə qəbul edib - İDDİA

Tramp İranın tələblərini buna görə qəbul edib - İDDİA Dünya

ABŞ Prezidenti Donald Tramp benzin qiymətlərinin artması fonunda ölkədə yaranan dözülməz ictimai təzyiq səbəbindən İranın tələblərinin əksəriyyətini qəbul edib.

News24.az xəbər verir ki, bu iddia ilə amerikalı politoloq və jurnalist Qarlend Nikson çıxış edib.

Niksonun sözlərinə görə, Tramp İran hakimiyyətini Hörmüz boğazını açmağa məcbur edə bilməyəcəyini başa düşüb:

"O ya İranın imkanlarını düzgün qiymətləndirməyib, ya da ABŞ ordusunu həddindən artıq yüksək dəyərləndirib".

Politoloq qeyd edib ki, hərbi əməliyyat əvvəlcədən geniş ictimai dəstək qazanmayıb, Tehranın isə öz gücünü nümayiş etdirdiyi aydın olub.

“İran dünya səviyyəli hərbi güc olduğunu və qabaqcıl texnologiyalara malik olduğunu nümayiş etdirdi. Həm də, daha önəmlisi, o, dünya ticarətinin ən mühüm boğazlarından biri olan Hörmüz boğazına nəzarət etdiyini açıq şəkildə göstərdi", — deyə Nikson bildirib.

Politoloqun ehtimalına görə, gələcəkdə İsrail və ABŞ-nin ittifaqı pozula bilər. Bu halda, İsrailin təcrid olunmuş dövlət statusuna düşmək riski yaranar. /İzvestiya