Tramp: İranla danışıqlar çox yaxşı keçdi

Tramp: İranla danışıqlar çox yaxşı keçdi Dünya

ABŞ prezidenti Donald Tramp Omanın Maskat şəhərində İranla aparılan danışıqları çox yaxşı qiymətləndirib.

News24.az-ın məlumatına görə, o bildirib ki, İran yeni razılaşma əldə etmək niyyətini açıq şəkildə göstərir.

"İranla danışıqlar çox yaxşı keçdi", - deyə o qeyd edib.

Tramp ABŞ-nin tələsmədiyini, prosesə vaxt verdiyini vurğulayıb və razılaşma olmazsa, nəticələrin ağır ola biləcəyini qeyd edib.