Tramp İsraildən bunu xahiş etdi
Dünya
İsrail ABŞ prezidenti Donald Trampın xahişinə uyğun olaraq Livana hücumları məhdudlaşdıracaq.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbəyə istinadən xəbər yayıb.
“İsrail Trampın xahişinə uyğun olaraq hücumlarını məhdudlaşdıracaq”, – deyə qəzetdə qeyd edilib.
Xatırladaq ki, İranla ABŞ arasında iki həftəlik atəşkəsin əldə olunması barədə xəbərlərdən sonra “Hizbullah” hərəkatı İsrailə qarşı əməliyyatlarını dayandırdığını elan edib.
Lakin çərşənbə günü İsrailin Beyrut və Livanın cənubundakı yaşayış məntəqələrinə kütləvi zərbələr endirməsindən sonra, cümə axşamı şiə müqavimət qüvvələri yenidən döyüş əməliyyatlarını bərpa edib.