Tramp Macarıstanın Baş naziri ilə görüşəcək
Dünya
ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftə Macarıstanın Baş naziri Viktor Orbanı Floridadakı Mar-a-Laqo malikanəsində qəbul edəcək.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, belə bir addım ABŞ-ın müttəfiqlərinin keçmiş Amerika liderinin hakimiyyətə qayıtması perspektivi ilə bağlı narahatlığını artıra bilər.
Qeyd edək ki, görüşün martın 8-də baş tutacağı gözlənilir.
Xatırladaq ki, fevralın 25-də Tramp Vaşinqtonda Mühafizəkarların Siyasi Fəaliyyət Konfransındakı çıxışından əvvəl Argentina prezidenti Xavyer Mili ilə görüşüb.
Mehriban Mirzəzadə