Tramp Məmdani ilə görüşdü
Dünya
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun yeni seçilmiş meri Zöhran Məmdani ilə Ağ Evdə ilk görüşünü keçirib.
News24.az xəbər verir ki, Tramp siyasi fikir fərqlərinə baxmayaraq əməkdaşlığa hazır olduğunu bildirib, Məmdanini seçkilərdə uğurlu kampaniyaya görə təbrik edib və ixtilafların həll oluna biləcəyini vurğulayıb.
Məmdani isə öz növbəsində bu görüşü Nyu-Yorkun daha yaşanmalı yer olması üçün faydalı adlandırıb və uyğun siyasətlər üzrə əməkdaşlığa açıq olduğunu deyib.
Uqandada doğulan Məmdani şəhərin ilk müsəlman və cənubi asiyalı meri olacaq. O, kirayələr, ərzaq, nəqliyyat və uşaq üçün yüksək xərcləri əsas prioritet kimi göstərib.
Qeyd edək ki, Nyu-Yorka 2026-cı il federal büdcəsindən 7,4 milyard dollar ayırılması planlaşdırılır.
Nilufər