Tramp məşhur aktyora sərt cavab verdi

Tramp məşhur aktyora sərt cavab verdi Dünya

Donald Tramp tanınmış aktyor Robert De Nironu sərt şəkildə tənqid edərək onu “zehni cəhətdən qeyri-sabit” adlandırıb.

News24.az xəbər verir ki, Tramp sosial mediada paylaşdığı mesajda De Nironun açıqlamalarına reaksiya verib və onun zəkasını şübhə altına alıb.

Məsələ De Nironun Nicolle Vallasenin “The Best People” podkastında çıxışı zamanı hökuməti tənqid etməsindən sonra gündəmə gəlib. “Taxi Driver” və “The Godfather” filmləri ilə tanınan aktyor amerikalıları qarşıdan gələn seçkilərdə Trampa qarşı mövqe sərgiləməyə çağırıb və onu “ölkənin düşməni” adlandırıb.

Tərəflər arasında qarşılıqlı ittihamlar ABŞ siyasi gündəmində yeni polemika yaradıb.