Tramp müharibədə iştirak etməyən ölkələrə çağırış etdi

Tramp müharibədə iştirak etməyən ölkələrə çağırış etdi Dünya

ABŞ prezidenti Donald Tramp Hörmüz böhranı fonunda müharibədə iştirak etməyən ölkələrə sərt mesaj verib.

News24.az-ın xəbərinə görə, o, Birləşmiş Krallıq kimi dövlətlər Hörmüz boğazı səbəbindən yanacaq problemi yaşayırsa, ABŞ-dən ala və ya özləri boğaza gedərək neft əldə edə bilərlər deyib. Tramp vurğulayıb ki, Vaşinqton artıq bu ölkələrə yardım etməyəcək.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 32-ci günündə davam edərkən, bu açıqlamalar bölgədə gərginliyi daha da artırıb.

Tramp əlavə olaraq Fransanı da tənqid edərək İsrailə hərbi dəstək daşınmasına icazə vermədiyini bildirib və bunun “unudulmayacağını” deyib.