Tramp NATO-ya xəbərdarlıq etdi

Tramp NATO-ya xəbərdarlıq etdi Dünya

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında təhlükəsizliyin təmin olunması məsələsində NATO müttəfiqlərinə sərt mesaj verib.

News24.az xəbər verir ki, Tramp Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində bildirib ki, ABŞ Hörmüz boğazından gəmi daşımalarının davam etməsi üçün müttəfiqlərinin dəstəyini gözləyir.

O qeyd edib ki, Avropa ölkələri Körfəz neftindən daha çox asılıdır və buna görə boğazın açıq saxlanmasında daha fəal rol oynamalıdırlar.

Tramp həmçinin xəbərdarlıq edib ki, əgər Avropa və digər NATO müttəfiqləri ABŞ-ni bu məsələdə dəstəkləməsələr, alyansın gələcəyi ciddi problemlərlə üzləşə bilər.

O vurğulayıb ki, Avropa ölkələrinin ABŞ ilə müqayisədə daha çox mina təmizləyən hərbi gəmisi var və onlar bu sahədə fəaliyyət göstərməlidirlər. (NTV)