Tramp növbəti dəfə jurnalisti təhqir etdi: "Siz axmaqsınız?"

Tramp növbəti dəfə jurnalisti təhqir etdi: "Siz axmaqsınız?" Dünya

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə bir media nümayəndəsi ilə xoşagəlməz dialoqa girib.

News24.az xəbər verir ki, jurnalistin "Nə üçün siz Əfqanıstan vətəndaşının Milli Qvardiyanın üzvlərini gülləməsində Baydeni günahkar hesab edirsiniz?" sualı Ağ Ev rəhbərinin xoşuna gəlməyib.

Bu sual qarşısında Tramp ona "Siz axmaqsınız? Siz mənə belə bir sual verirsinizsə, deməli, siz axmaqsınız" deyə cavab verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ağ Evin yaxınlığında Əfqanıstandan olan silahlı şəxs Milli Qvardiyanın iki hərbçisini güllələyib.

Bundan başqa, daha əvvəl dəfələrlə Donald Tramp Birləşmiş Ştatlarda baş verən bir sıra məsələlərə və hətta Ukrayna müharibəsinə görə sabiq prezident Cozef Baydenin administrasiyasını günahlandırıb.