Tramp onları təhdid etdi: "Gəmilərimiz hazırdır"
Dünya
ABŞ Prezidenti Donald Trump İran, İngiltərə və Kuba ilə bağlı sərt açıqlamalar verib.
News24.az xəbər verir ki, o bu barədə Vaşinqtonda jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Trump İranla danışıqlar apardığını bildirib və Tehrana yönəlmiş güclü hərbi qüvvələrin mövcudluğuna işarə edib:
"Gəmilərimiz hazırdır, ümid edirəm ki, onlardan istifadə etməyə məcbur olmaycağıq”, – deyib.
ABŞ Prezidenti İran rəhbərliyinə iki tələb irəli sürüb. Bu, nüvə silahı proqramından imtina və etirazçılara qarşı zorakılığın dayandırılması ilə bağlı olub.
Donald Trump İngiltərənin Çinlə yeni iqtisadi əməkdaşlıq planlarını “təhlükəli” adlandırıb və Londonu bu məsələdə ehtiyatlı olmağa çağırıb.
Kuba ilə bağlı isə Trump bildirib ki, ölkə mövcud siyasətlə uzunmüddətli perspektivdə ayaqda qala bilməyəcək və ABŞ-nin Kubaya qarşı iqtisadi təzyiqləri davam edəcək.
Nilufər