Tramp özünü "Venesuela prezidenti" elan etdi - Foto
Dünya
ABŞ prezidenti Donald Tramp maraqlı paylaşım edib.
News24.az xəbər verir ki, Tramp Vikipediyada dərc olunmuş məqaləni nümayiş etdirib.
Həmin məqalədə onun Venesuelanın müvəqqəti prezidenti postunu tutduğu göstərilir.
Tramp ekran görüntüsünü “Truth Social” sosial şəbəkəsində paylaşıb.
Şəkildə Trampın 2026-cı ilin yanvarında bu vəzifəsini icra etdiyi qeyd edilib.
Paylaşım Venesuela ətrafında vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda ortaya çıxıb.
Qeyd edək ki, ABŞ 3 yanvar tarixində “Mütləq Qətiyyət” kod adlı hərbi əməliyyata başlayıb. Vaşinqtonun bəyanatına əsasən, müdaxilə zamanı “Delta Force” xüsusi təyinatlıları və Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela prezidenti Nikolas Maduronu və onun həyat yoldaşı Siliya Floresi ələ keçirərək onları narkoterrorizm və qaçaqmalçılıqda ittiham ediblər.
Maduro ABŞ-yə aparılıb və Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıb, burada özünü təqsirli bilmədiyini deyib.