Tramp Putindən vaxt istədi: Bir həftə ərzində…

Tramp Putindən vaxt istədi: Bir həftə ərzində… Dünya

ABŞ Rusiyadan şaxtalı hava səbəbindən Kiyev və digər şəhərlərə zərbələri bir həftə dayandırmağaı xahiş edib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama yayıb.

“Ekstremal soyuq səbəbindən – onlarda da vəziyyət bizdəki kimidir – mən şəxsən Prezident Putindən xahiş etdim ki, bu həftə ərzində Kiyev və digər şəhərləri və yaşayış məntəqələrini atəşə tutmasınlar… Bu sadəcə soyuq deyil, bu qeyri-adi soyuqdur”, – Tramp deyib.

Trampın sözlərinə görə, Rusiya lideri razılıq verib.

“Mən deməliyəm ki, bu çox nəzakətli addım oldu. Çoxları deyirdi:”Zzəng etməyə vaxt itirmə, heç nə əldə etməyəcəksən”. Amma o bunu etdi. Biz də çox şadıq ki, bunu etdilər, çünki bütün bunlarla yanaşı ukraynalılara bir də şəhərlərinə və yaşayış məntəqələrinə raketlərin düşməsi lazım deyildi”, – ABŞ Prezidenti bildirib.