Tramp qələbəsini elan etdi
Dünya
ABŞ Prezidenti Donald Tramp fevralın 28-dən bəri davam edən və İran ilə bağlı gərginlik fonunda gedən hərbi qarşıdurma barədə açıqlama verib.
News24.az xəbər verir ki, o, çıxışında ABŞ-nin müharibədə üstünlük əldə etdiyini iddia edib.
Tramp bildirib ki, ABŞ və İsrail tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində İranın hərbi və nüvə potensialına ciddi zərbə vurulub. Onun sözlərinə görə, ABŞ bu müharibədə qalib gəlib.
“Biz qalib gəldik. Sizə deyim, biz qalib gəldik”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, gecə saatlarında həyata keçirilən “Midnight Hammer” (“Gecəyarısı Çəkic”) əməliyyatı nəticəsində İranın nüvə potensialı tamamilə məhv edilib.
“Onlar nüvə potensialını yenidən başlatmağa cəhd etdilər. Buna görə də başladığımız işi tamamilə bitirməliyik”, – deyə o qeyd edib.