Tramp İran xalqına müraciət etdi: "Kömək yoldadır" – Foto
Dünya
ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edərək etirazları davam etdirməyə və dövlət binalarını ələ keçirməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında paylaşım edib.
"İranlı vətənpərvərlər, ETİRAZLARA DAVAM EDİN və dövlət binalarını ƏLƏ KEÇİRİN!!! Qatillərin və təcavüzkarların adlarını unudun. Onlar bunun bədəlini ağır ödəyəcəklər. Etirazçıların mənasız qətli DAYANANA QƏDƏR, İran rəsmiləri ilə bütün görüşləri ləğv etdim", – Tramp yazıb.
"KÖMƏK YOLDADIR”, - deyə o, əlavə edib.