Tramp İrana hücumları belə izlədi – FOTO
Dünya
Xəbər verdiyimiz kimi, ABŞ və İsrail İrana hücumlar həyata keçirib. Cavab olaraq İran da ABŞ-nin hərbi bazalarının yerləşdiyi bir neçə ölkəyə hava zərbələri endirib.
News24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana hücumları şəxsən izləyib. Xarici KİV-də Ağ Ev rəhbərinin bununla bağlı görüntüləri yayımlanıb.
Qeyd edək ki, İran Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, hücumlar zamanı 200-dən çox şəxs həyatını itirib.