Tramp sabah İranla bağlı görüş keçirəcək

Tramp sabah İranla bağlı görüş keçirəcək Dünya

ABŞ prezidenti Donald Tramp sabah İrana dair növbəti addımları müzakirə etmək üçün administrasiyanın yüksəkvəzifəli rəsmiləri ilə görüşəcək.

News24.az xəbər verir ki, bu barədə “Wall Street Journal” rəsmi mənbələrə istinadən məlumat yayıb.

"Gözlənilir ki, çərşənbə axşamı keçiriləcək görüşdə dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və general Den Keyn iştirak edəcəklər", - deyə məlumatda bildirilib.

Qəzet yazıb ki, ABŞ liderinin bu görüşün yekununda qəti qərar qəbul etməsi ehtimalı azdır, çünki müzakirələr hələ yeni başlanır.